Dubay 2030-ci ilə özünün günəş enerjisinə olan təlabatının 15% günəş enerjisi hesabına ödəmək istəyir. Bu barədə Caspian Barrel Əmirliyin biznes nəşri Arabian Business-ə istinadən xəbər verir.
Bir müddət əvvəl isə Dubay enerji balansında alternativ günəş enerjisinin payını 2020-ci ilə kimi 1%, 2030-cu ilə isə 5% artırmaq istəyirdi.
Planlara günəş enerjisi yaradan güclərin dəyərlərinin azaldılması yolu ilə dəyişiliklər edilmişdir. Belə ki,bu Dubayda inşa edilən ilk günəş enerjisi stansiyasının gücünü 100 MVt-dan 200 MVt-a qədər artırmağa imkan verib.
Nəşr qeyd edir ki,stansiyada alınacaq günəş enerjisinin dəyəri dünyada ən ucuz olacaq. Elektrik stansiyasının tikintisinin 2017-ci ildə başa çatdırılması planlaşdırılır.
Dubayda elektrik istehlakı ildə 5% artır. 2021-ci ilə şəhərin hakimiyyət orqanları elektrik istehsalı güclərini 2.1MVt artırmağı planlaşdırıllar. Bu artımın 10% günəş enerjisindən gələcək.Həmçinin Dubay hakimiyyət orqanları 1.2 GW gücündə təmiz yanma texnologiyası əsasında kömür stansiyası inşa etmək istəyirlər.
Hal-hazırda, Dubayın elektrik ehtiyacının 99% təbii qazı hesabına təmin edilir. BƏƏ dünyanın ən böyük neft istehsalşılarından biri olmasına baxmayaraq, təbii qaz olan təlabatının yanlız 50% daxili istehsal hesabına ödəyir, yerdə qalanını isə idxal edir.