İngilis-ərəb neft şirkəti Dragon Oil 2014-cü ildə Çeleken yatağında (Xəzərin türkmən sektorunda yerləşir) gündəlik karbohidrogen hasilatını 2013-cü il ilə müqayisədə 6.8% artıraraq gündə 78.79 min barel neft hasil edib.
Keçən il neft hasilatının gündəlik maksimum hasilat həcmi 92 min barelə çatıb.
Dekabrda gündəlik neft hasilatı 89.68 min barel təşkil edib.
Əvvələr Dragon Oil elan etmişdi ki,2014-cü ildə gündəlik neft hasilatını 87-90 min barelə çatdıracaq. 2015-ci ildə isə 100 min barel göstəricisinə nail olunacaq.
Həmçinin Dragon Oil 2014-cü ildə 14 qiymətləndirmə və hasilat quyusunun qazılmasını başa çatdırıb.
Çeleken blokunda ehtiyatların həcmi 675 miyon barel qiymətləndirilir.
Şirkət Türkmənistanda 1999-cu ildə imzlanmış HPBS üzrə fəaliyyət göstərir.