ABŞ energetika Naziriyinin enerji informasiyası idarəsindən (EİA) verilən məlumata görə,dekabrda ABŞ-da neft hasilatı 1986-cı ildən sonra ən maksimum səviyyəyə çataraq 9.15 milyon barel təşkil edib.
İdarə proqnozlaşdırır ki,cari ildə ölkədə neft hasilatı gündə 9.3 milyon barel təşkil edəcək. 2016-cı il üçün isə proqnoz gündə 9.5 milyon bareldir. ABŞ-da neft hasilatının maksimum səviyyəsi 1970-ci ildə qeydə alınıb – gündə 9.6 milyon barel.
Cari ildə EİA-nın qiymətləndirməsinə əsasən Brent markalı neftin bir barelinin orta qiyməti $57,58 olacaq. WTİ markalı neftin bir barelinin qiyməti isə 2015-ci ildə $54,58 təşkil edəcək.
EİA proqnozlaşdırır ki,Brent markalı neftin bir barelin dəyəri 2016-cı ildə $75 çatacaq. WTİ markalı neftin bir barelinin qiyməti isə $71 olacaq.