Britaniya şirkətləri qazın pərakəndə satış qiymətini azaldıblar
BBC xəbər verir ki, Böyük Britaniyada 6 ən böyük qaz təchizatçısı şirkətindən 4-ü son iki həftədə qazın pərakəndə satış qiymətini azaldıb.
O cümlədən “Npower” şirkəti fevralın 16-dan qaz qiymətlərini azaldacağını elan edib. Bu orta statistik istehlakçıya ildə £ 35 qənaət etməyə imkan verəcək.
Şirkət həmçinin qeyd edib ki,əgər topdansatış qiymətlər azalmağa davam edərsə,qiymətlər daha da düşəcək.
Bundan əvvəl analoji addımı digər əsas qaz təchizatçıları atıb: British Gas (qiymət 27 fevraldan 5% azaldacaq), Scottish Power (qiymət yanvarın 13-dən 3,5% azalıb) və E.ON (fevralın 20-dən 4.8% azaldacaq).