BP-nin gələn il üçün perspektivlərini tədqiq edən britaniyalı analitiklər hesab edirlər ki,şirkət neft qiymətlərinin və rublun düşməsi üzündən yüz milyonlarla dollar itirmək riski ilə üzləşib.
“Financial Timez” qəzeti yazır ki,rublun dollara nisbətdə 47% ucuzlaşması ona gətirib çıxara bilər ki,BP dördüncü rübdə 759 milyon dollar itirə bilər.
Britaniya şirkətinin “Rosneftdə” payı (səhmlərin 19.75% BP-yə məxsusdur) yaxşı sərmayə hesab edilirdi .Lakin Ukraynda qarşıdırma,Rusiyaya qarşı sanksiyalar və neft qiymətlərinin əhəmiyyətli dərəcədə aşağı düşməsi BP üçün vəziyyəti pisləşdirib.
Rusiya və Qərb arasında münasibətlər kəskinləşəndən sonra BP ABŞ və AB-nin sanksiyalarına məruz qalan “Rosneft” ilə aktiv münasibətləri saxlayan yeganə beynəlxalq oyunçu olub. “Kommersant” qəzetinin məlumatına görə,britaniyalılar Şərqi Sibir yatağlarının işlənməsinə razılıq vermişdilər.
Dekabrın 18-nə olan məlumata görə, “Rosneft” kapitallaşması $35,6 milyarda düşüb.