logo

“BP-Azərbaycan”da artıq 255 işçi ixtisara düşüb

Views: 34

Central Azeri Patform, Caspian Sea, Photo: Stuart Conway/ BPTrend-in sorğusuna cavab olaraq “BP-Azərbaycan”ın mətbuat xidmətindən bildiriblər ki, BP-nin Azərbaycanda icraçısı olduğu layihələr uzunmüddətli və çox əhəmiyyətli layihələrdir. BP bu layihələrlə bağlı öhdəliklərinə sadiqdir və onlara əməl etməkdə davam edəcək.

Qeyd olunub ki, bu layihələr uğurla irəliləyir və bundan sonra da planlara uyğun şəkildə davam edəcək: “Bununla belə, aydındır ki, indiki mühitdə biz rəqabətqabiliyyətliliyimizi daha da artırmaq üçün imkanlara baxırıq, o cümlədən lazımsız mürəkkəblikləri aradan qaldırmaq və səmərəliliyi artırmaq imkanlarına baxırıq. Bu imkanlar əsasən əməliyyat proseslərimizin, təchizat fəaliyyətlərimizin və təşkilatımızın daha sadə və səmərəli olması istiqamətlərindədir.

Təbii ki, bunlar biznes fəaliyyətinin tələblərinə uyğundur və bizim daha rəqabətqabiliyyətli olmağımızı təmin edəcək. Bununla belə, əsas diqqətimiz biznesin əsas sahələrindən, əməyin təhlükəsizliyi və obyektlərimizin və əməliyyatlarımızın etibarlılığını təmin etmək məqsədlərindən kənara yayınmayacaq. Bunlar bizim əsas diqqət sahələrimiz olaraq qalacaq. Bu bizə imkan verəcək ki, təhlükəsiz və etibarlı biznes əməliyyatları aparmaqla yanaşı, həm də daha quclü və daha rəqabətqabiliyyətli olaq.

Bu tədbirlərin bir hissəsi olaraq biz təşkilatımızın quruluşunu nəzərdən keçirmişik və biznesimizin məzmununa uyğun olaraq təşkilatımızın yeni quruluşu daha yığcamdır. Bunun nəticəsi olaraq bəzi vəzifələr ixtisara salınıb. Bu, həm yerli, həm də xarici vətəndaşların tutduğu vəzifələrə aiddir. Onu da bildirmək istərdik ki, bununla bağlı olan qərarlar şirkətin Davranış Kodeksi və Dəyərləri, həmçinin ölkənin müvafiq qanunvericiliyinə uyğun şəkildə qəbul edilir”.

Məlumatda bildirilir ki, “BP-Azərbaycan”da 105 yerli, 150 xarici işçi ixtisar edilib.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart