Dünya bazarında neftin qiymətinin düşməsi Böyük Britaniyada motor yanacağının dəyərinin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarıb. Ölkənin Energetika Nazirliyindən verilən məlumata görə, benzin qiymətləri 2010-cu ilin səviyyəsinə düşüb.
Bu həftənin əvəlində benzinin bir litrinin qiyməti Böyük Britaniyada 1 funt 11 pensə qədər azalıb (97 rubl). Dizel yanacağının qiyməti ucuzlaşaraq 2010-cu ilin sentyabrından ilk dəfə olaraq 1.17 funt (112 rubl) olub.
Bununla belə Böyük Britaniyada benzinin qiyməti dünya bazarında neftin qiyməti qədər sürətlə ucuzlaşmır. Bu onunla izah olunur ki, 57 pens bir litr benzindən yanacaqdoldurma məntəqələri sahibləri vergi ödəməlidir.
Ötən ilin noyabrında Böyük Britaniyanın maliyyə naziri Corc Osborn yanacaq satıcılarına xəbərdarlıq etmişdi ki,hökümət ciddi nəzarət edəcək ki,onlar dünya bazarında neft qiymətlərinin düşməsi fonunda qiymətləri qaldırmasınlar.