logo

Azərbaycanda servis şirkətləri işçilərini ixtisar edirlər

Views: 28

адамлар

Aşağı neft qiymətləri neft şirkətlərini işçilərini ixtisar etməyə məcbur edir. BP-Azərbaycan şirkəti dekabrın əvvəlində heyətinin azaldılacağını elan etmişdi. Daha sonra Turan agentliyi aydınlaşdırdı ki, ilin əvvəlindən şirkət işçi heyətinin 15% ixtisar edəcək.

İndi isə Caspian Barrel-ə sahə mənbələrindən məlum olub ki, 2015-cü ilin birinci rübündə Halliburton şirkəti öz personalının ixtisarına hazırlaşır.

Şirkət dekabrda Baker Huges şirkətini satın almışdı. Şirkətlərin yaxınada birləşməsi başlanacaq. Lakin neft qiymətlərinin azalması Azərbaycanda qazma işlərinin azalmasına gətirib çıxarıb.Neft şirkətləri qazma və servis işlərində qənaət etməy qərarına gəliblər.

Qeyd edək ki,dünyanın ən böyük neft-servis şirkətlərindən olan Schlumberger  bütün dünya üzrə 9 min işçisini və ya işçi qüvvəsinin 7% ixtisar edəcək.

Dünya bazarında qiymətlərinin 60% aşağı düşməsindən sonra Schlumbergerin müştəriləri  sərmayə qoyuluşunu və qazma işlərini azaltmaq niyyətindədilər. Şirkətin özü isə sərmayə qoyuluşunu 2014-cü ildəki $4 milyarddan $3 milyarda qədər azaltmaq niyyətindədir.

Qeyd edək ki, Schlumberger 20 ildən artıqdır Azərbaycanda fəaliyyət göstərir və onun əməkdaşları dənizdə və quruda quyulara servis xidməti göstərillər.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart