Bank of America Merrill Lynch ekspertləri hesab edirlər ki,yaxın gələcəkdə Brent markalı neftin bir bareli $40 qədər ucuzlaşacaq.
Bank of America Merrill Lynch analitik hesabatına istinadən Reuters xəbər verir ki,Brent markalı neft $40 qədər ucuzlaşacaq ki,bu da Səudiyyə Ərəbistanı daxil olmaqla əsas neft hasilatçılarına hasilatı azaltmaqdan başqa seçim imkanı qoymayacaq.
Ekspertlərin fikrincə ABŞ WTI markalı neftin bir barrelinin qiyməti $35 qədər azalacaq. Bu ona gətirib çıxaracaq ki, ya Səudiyyə Ərəbistanı ya da OPEK-ə daxil olmayan ölkələr hasilatı azaltmaq məcburiyyətində qalacaqlar.
Bank of America Merrill Lynchdə qeyd edirlər ki,neft bazarında artım ya kartelə daxil olan ölkələrin hasilatı azaldacağı və ya tədarükü məhdudlaşdıracağı halda mümkündür.Ancaq hələlik bu tələblərin heç biri yerinə yetrilməyib.
United-ICAP şirkətinin eksperti Valter Zimmermanın fikrincə kotirovkaların gələcəkdə azalması emosional qərar olacaq. Bu azalmanın tələb və təklifə heç bir adiyyatı yoxdur.
Oxford Economics Ltd. şirkətinin hesabatına əsasən neft qiymətlərinin azalmasından ən çox Filippin faydalanacaq. Bir barel neft üçün $40 səviyyəsində ölkə iqtisadiyyatı iki ildə 7.6% artacağı halda,Rusiya ÜDM növbəti iki il ərzində 2.5% azalacaq.