logo

2014-cü ildə Qazaxıstanda neft hasilatı 1.2% azalaraq 80.8 mln ton təşkil edib

Views: 44

kazax-dobQazaxıstan Milli İqtisadiyyat Nazirliyinin Statistika Komitəsinin məlumatına görə,2014-cü ilin yanvar-dekabrında ölkədə qaz kondensatıda daxil olmaqla 80.845 milyon ton neft hasil edib ki, bu da 2013-cü ildəki göstəricidən 1.2% azdır.

Eyni zamana,statistika agentliyinin məlumatına görə,xam neft hasilatı 67.927 milyon ton (azalma 2.2%),kondensat hasilatı isə 12.918 milyon ton təşkil edib (artım 5%).

Bundan əlavə,Qazaxıstanda hesabat dövründə 42.922 milyard kub metr qaz hasil edilib (artım 1.6%). Bu qaz həcminin 21.272 milyard kub metri təbii qaz halında (artım 3.4%),21,561 milyard kub metri isə səmt qazı formasında olub (azalma 0.5%).

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart