2014-cü ildə Azərbaycanda kimya məhsullarının istehsal həcmi 32% artıb
2014-cü ildə Azərbaycanın kimya müəssisələri kimya məhsullarının istehsal həcmini 2013-cü illə müqayisədə 32% artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Hesabat dövründə respublikada 325,2 mln. manat məbləğində kimya, əczaçılıq, rezin və plastik kütlə məmulatları istehsal olunub. Bununla yanaşı, kimya məhsullarının istehsal həcmi 32%, əczaçılıq məhsullarının – 27,3% artıb, rezin və plastik kütlə məmulatlarının istehsalı 35,5% azalıb ”, – deyə komitədən qeyd edilir.
2014-cü ildə propilen istehsalı 38,3% – 56,5 min tona qədər, polietilen istehsalı 32,6% – 101 min tona qədər artıb.
Lak-boya məhsulları istehsalı 8,5% – 4,586 min ton, yod istehsalı 11,1% – 263,3 tona qədər, barium sulfat istehsalı 8,6% – 54,1 min tona qədər, izopropil spirti istehsalı 23,5% – 10,57 min tona qədər azalıb.