Türkmənistan Neft və Mineral Ehtiyatlar Nazirliyinin hesabatında deyilir ki,2014-cü ilin 10 ayında “Türkmənnebit” dövlət konserni istismar edilən yatağlardan 4.4 milyon ton neft hasil edib.
Hesabatda deyilir ki,karbohidrogen resurslarının emal edildiyi sahələrin sayı 25-ə çatıb.
“Türkmənneft” dövlət konsernin fəaliyyəti inkişafın müxtəlif səviyyəsində olan 600-dən çox neft və qaz yatağını əhatə edir. İstismar edilən yatağların sırasına Türkmənistanın qərbində yerləşən “Çekişlər”,”Qaradurun”,”Cənub Kamışlıca”,”Nebitlicə” daxildir.
Müstəqəllik illərində Türkmənistanın dövlər konserni neft hasilatını 5 milyon tondan 8 milyon tona qədər artırmağı bacarıb.