Rusiya prezidenti Vladmir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşdən sonra mətbuat konfransında bildirib ki, Türkiyə 2015-ci ilin 1 yanvarından tədarük edilən Rusiya qazının qiyməti üçün 6% endirim əldə edəcək.
Rusiya dövlət başçısı Vladimir Putinin səfəri zamanı enerji sahəsində bir sıra razılaşmalar imzalanıb.
Belə ki, Türkiyədə atom elektrik stansiyalarının tikintisi üzrə anlaşma memorandumu imzalanıb.
Həmçinin, Rusiyanın “Qazprom” və Türkiyənin boru kəməri şirkəti olan BOTAŞ bazar ertəsi anlaşma memorandumu imzalayıblar.
Sənədi “Qazprom” rəhbəri Aleksey Miller və BOTAŞ şirkətinin daş direktoru mehmet Konuk imzalayıb.
Ankarada 1 dekabrda Rusiya Federasiyası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının beşinci iclası keçirilib. Rusiya nümayəndə heyətinə Vladimir Putin, Türkiyə nümayəndə heyətinə isə Rəcəb Tayyib Ərdoğan başçılıq edib.