logo

TŞO illik neft hasilatı proqnozunu aşağı salıb

Views: 54

tco

Qazaxıstanın ən böyük neft istehsalçısı – Tenqizşevroyl (TŞO) 2014-cü il üçün neft hasilatı proqnozunu əvvəl planlaşdırlıan 27.1milyon ton əvəzinə 26.2 milyon tona qədər azaldıb.

Qazaxıstanın milli iqtisadiyyat nazirinin müavini Mədinə Abılkasımova bildirib ki,”TŞO neft hasilatı proqnozunu 27.1 milyon tondan 26.2 milyon tona qədər düzəliş edib”.

Bununla əlaqədar olaraq o məlumat verib  ki,cari ildə əsaslı təmir əvvəl planlaşdırılan 27 gün əvəzinə 37 gün çəkəcək. Nəticədə TŞO şirkətinin neft hasilatı  cari ilin 11 ayında 2013-cü ilin analoji dövrünün göstəricisindən 2.4% az olub.

TŞO Qazaxıstanın qərbində Atırau vilayətində tenqiz yatağını istismar edir. Birgə müəssisənin iştirakçıları “Chevron” (50%), “ExxonMobil” (25% ) “KazMunayQaz” Qazaxıstan Milli Şirkəti (20%) və Rusiyanın “LUKARCO” (5%) şirkətləridir. 2013-cü ildə TŞO şirkətinin neft hasilatı 27.1 milyon ton təşkil edib ki,bu da bir əvvəlki göstəricidən 8% çoxdur.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart