SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2014-cü ilin yanvar-noyabr aylarında dünya bazarlarına 1 mln. 72,499 min ton neft məhsulu ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 12,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Hesabat dövründə SOCAR 886,52 min ton dizel yanacağı, 176,11 min ton təyyarə yanacağı, 9,332 min ton avtomobil benzini və 537 ton odluq mazut ixrac edib.
Cari ilin noyabr ayında şirkət 77,851 min ton neft məhsulu, o cümlədən 60,477 min ton dizel yanacağı, 17,255 min ton təyyarə yanacağı və 119 min ton odluq mazut ixrac edib.