Bir həftə ərzində,dekabrın 12-dən 19-na qədər Rusiyanın qızıl-valyuat ehtiyatları $15,7 milyard azalaraq $398,9 milyard təşkil edib. Ehtiyatların bu səviyyəsi 2009-cu ilin avqustunun sonlarında olan həcmə uyğundur. Avqustun 21-də ehtiyatlar$ 398.3 milyard idi.
Rusiya Federasiyasının Mərkəzi Bankının ehtiyatları azalmasının əsas səbəbi REPO valyuta hərraclarının keçrilməsi olub.Bu həraclar vasitəsilə kommersiya bankları $7 milyard alıblar. Həmçinin, Rusiya Mərkəzi Bankı Maliyyə Nazirliyi ilə birlikdə bazara $5 milyard valyuta müdaxiləsi və büdcənin valyuta qalıqlarını təkilf edib.
Qeyd edək ki,uzun illərdir beynəlxalq ehtiyatlarının həcminə görə,dünya lideri Çindir.Çin Mərkəzi bankının $3,89 ehtiyatları var. Rusiya öz xarici valyuta ehtiyatları ilə dünyada 6-cı yeri tutur.