Rusiyanın energetika naziri Aleksandr Novak jurnalistlərə bildirib ki, hasilatın artmasına baxmayaraq 2014-cü ildə neft ixracı azalacaq.
Onun sözlərinə görə, neft hasilatı, ilkin məlumatlara görə, ötən illə müqayisədə 2014-cü ildə 0,6 faiz artaraq 526,6 milyon ton , xammal ixracı 4.3% azalaraq 229 milyon ton təşkil edəcək.
“Daxili istehlak 2013-cü ildə olan 279 milyon ton ilə müqayisədə artaraq 287.5 milyon ton olacaq”,- deyə nazir bildirib.
O,əlavə edib ki, 2015-ci ildə Rusiyada neft hasilatı cari il səviyyəsində – 525 milyon ton təşkil edəcək.
Energetika Nazirliyi neft qiymətləri üçün proqnozu aşağı salaraq bir barel üçün $80-90 səviyyəsində müəyyənləşdirib.
YEK MNİ-nin məlumatına görə,Rusiyada neftin ilkin emalı 2014-cü ilin 11 ayında 264.173 milyon ton təşkil edib.
Novak əlavə edib ki, 2014-cü ildə qaz hasilatı Rusiyada qaz hasilatı 0.4% azalaraq 641 milyard kub metr,qaz ixracı isə 6.7% azalaraq 183.3 milyard kub metr təşkil edəcək.