logo

Rusiya Avropaya qazını Türkiyədə yaradacağı qaz “supermarketi” vasitəsilə həyata keçirmək istəyir

Views: 39

image“Qazprom” şirkətinin başçısı Aleksey Miller bəyan edib ki, Rusiya Avropa bazarında qaz strategiyasına yenidən baxır və bunu dəyişir. Yeni strategiyaya görə, artıq Rusiya qaz istehlakçıları üçün özü yanacağı qapısınadək çatdırmaq fikrindən əl çəkir və bundan sonra istehlakçı qazı almaq üçün “mağazaya” təşrif buyurmalıdır.

Caspian Barrelin qənaətincə, Rusiya belə bir “qaz mğazalarından” birini də Türkiyədə qurmaq niyyətindədir, daha dəqiq desək Yunanıstanla sərhəddə.

“Qazpromun” yeni qaz strategiyası barədə Miller “Rossiya 1” telekanalına geniş müsahibəsində bəyan edib. “Qazprom” rəhbəri bildirib ki, “Cənub axını”nın dayandırılması haqda qərar “istehlakçıya qədər qaz çatdırmaq” modelinin sonunun başlanğıcıdır.

“Əgər istehlakçı bundan sonra istəmirsə ki, biz onun evinin kandarına qədər qaz gətirək, onda o nə etməlidir? Özü qaz almalıdır. Özü də bunun üçün mağazaya getməlidir, qışda isə isti geyinməlidir”, – deyə Rusiya qaz monopoliyasının rəhbəri fikrini izah edib.

Miller efir vasitəsilə hətta Avropa qaz alıcılarını məsxərəyə də qoyub: “Avropalılar qaz dalınca mağazaya gedərkən özləri ilə paket də götürə bilərlər, hətta İİİ Enerji paketi də (məhz bu qanuna görə “Qazprom”un Bolqarıstandan “Cənub axını” layihəsini gerçəkləşdirmək mümkün olmadı, Rusiya tərəfi öz boru kəmərinə üçüncü tərəfin qoşulmasına razı deyildi –Caspian Barrel), əsas odur ki, sonra paketin içərisi dolu olsun”.

RBC-nın verdiyi məlumata əsasən, daha sonra Miller bəyan edib ki, “Qazprom” indiyə qədər “Cənub Axını” layihəsinə çəxdiyi xərclərdən heç də pərişan deyil. Rusiya qazı Türkiyə istiqamətində nəql olunacaq. “Cənub Axını” isə birdəfəlik bağlanıb, deyə “Qazprom” rəhbəri vurğulayıb. Onun sözlərinə görə, Ukraynanın bundan sonra Rusiya qazının tranzit daşıyıcısı kimi rolu sıfıra endiriləcək. “Ukrayna yalnız öz daxili tələbatı üçün bizdən lazım olan qazını ala bilər”, deyə Miller izah edib.

Sonda isə fikrini Miller bu sözlərlə tamamlayıb: “Avropa Birliyi özünün qərarı ilə “Cənub Axını” layihəsini dondurdu və nəticədə qaz kranını özü də bilmədən Türkiyənin əlinə vermiş oldu, hansı ki, Brüssellə dialoqda artıq istədiyi kimi fırlatmaq imkanına malik olacaqdır”.

 

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart