Belarus baş nazirinin müavini Vladimir Şemaşko bildirib ki,Belarusiyaya Rusiya qazının 3 illik tədarükü barədə müqavilə gələn həftə imzalana bilər.
Onun sözlərinə görə,yeni müqavilə artıq fəaliyyət göstərən müqavilədən heçnə ilə fərqlənmir.”Rusiya rublunun məzənəssinin aşağı düşməsini nəzərə alaraq,yanvarın 1-dən qazın qiyməti bir qədər aşağı düşəcək. Bu gün qiymət 1000 kub metr üçün 168 dollardır və yeni qiymət 154-155 dollar olacaq”, – deyə baş nazirin birinci müavini bildirib.
Tədarükün həcmi barədə danışan baş nazirin birinci müavini bildirib ki,Belarus təbii qazı tam həcmdə alacaq. “İldə 22 milyard kub metr səviyyəsində.Bəzən bu həcmi tam almırıq. Müqavilədə 5-10% seçim yeri var. Yeni güclərin istismara verilməsi ilə əlaqədar olaraq elektrik enerjisinə 50-70% az yanacaq sərf edilir” deyə o izah edib.
Belarusa Qazpromum qaz tədarükü barədə 3 illik müqavilənin müddəti 2014-cü ilin 31 dekabrında başa çatır.