Aşqabada rəsmi səfərdə olan Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəməri layihəsinin (TAPİ) inşasını dəstəkləyib.
Türkmən həmkarı Qurbanqulu Berdimuhammedov ilə danışıqlar zamanı Qazaxıstan lideri Türkmənistanı mühüm strateji tərəfdaş adlanıdırb və TAPİ layihəsini dəstəklədiyini bildirib.
Türkmənistan-Qazaxıstan yüksək səviyyəli danışıqları zamanı yanacaq-energetika və nəqliyyat sektorları iqtisadi əməkdaşlığın ən perspektivli sahələri kimi qeyd olunublar.
TAPI qaz kəmərinin ümumi uzunluğu 1,735 kilometr,gücü isə 33 milyard kub metrdir. Layihənin ilkin dəyəri 7.9 milyard dollardır. Layihə Rusiya və ABŞ tərəfindən dəstəklənir. Türkmənistan 2015-ci ildə boru kəmərinin tikintisinə başlamaq niyyətindədir.