Özbəkistan Şurtan qaz-kimya kompleksinin bazasında tikiləcək GTL zavodu üçün kredit cəlb edə bilməyib. Özbəkistan GTL birgə müəssəsi çərçivəsində istehsalın yaradılması nəzərdə tutulurdu.
Yeni istehsala investisiyaların həcmi. $ 5,6 milyard qiymətləndirilir.Vəsaitin əsas hissəsini xarici banklardan cəlb edilməsi nəzərdə tutulur.
Xarici istiqrazların alınması 2014-cü ilin ərzində planlaşdırılırdı. Bank konsorsiumunun formalaşdırılması isə 2014-cü ilin IV rübündə başa çatmalı idi. Bu istiqamətdə işlər 2015-ci ildə davam etdiriləcəkdir.
Özbəkistan GTL birgə müəssisəsi “Özbəkneftqaz” (44.5%), Cənubi Afrikanın Sasol (44,5%) və Malayziya Petronas (11%) şirkətlərinin iştirakı ilə 2009-cu ilin noyabrında yaradılıb.
Layihə çərçivəsində 3.5 milyard kub metr qazın emalı və 864 min ton dizel yanacağının,304 min ton aviasiya kerosinin və 395 min ton naftanın istehsalı nəzərdə tutulur.
Zavodun texnoloji hissəsinin tikintisi üçün EPC-müqavilə Cənubi Koreyanın Hyundai Engineering & Construction şirkəti ilə imzalanıb. Tikintinin başa çatdırılması 2017-ci ilin avqustuna təyin edilib.