SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) “Neftqaztikinti” Tresti N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) istismar etdiyi 144 saylı estakadayanı meydançada aparılan əsaslı təmir işlərini başa çatdırıb. Bu barədə şirkətin rəsmi saytında məlumat verilir.
“Təmir işləri çərçivəsində 36 ədəd möhkəmləndirici svay vurulub, 6 ədəd metal lövhə, 6 ədəd KMR tipli rigel və 24 ədəd PKP tipli dəmir-beton tava quraşdırılıb. Meydançanın bu il dekabr ayının sonunadək istismara verilməsi planlaşdırılır”, – deyə məlumatda bildirilir.
N.Nərimanov adına NQÇİ “Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə adası”, “8 Mart”, “Ələt-dəniz” və “Bulla-dəniz” yataqlarını işləyir.