Həştərxan vilayəti qubernatoru Aleksandr Jilkin bildirib ki,2015-ci ildə Lukoil şirkətinin Xəzər dənizi yataqlarına sərmayəsi 65 milyard rubl təşkil edəcək.2014-cü ildə Korçaqin və Filanovski yataqlarına qoyulan sərmayənin həcmi 47 milyard rubl olmuşdu.
“Yuri Korçaqin yatağında 2014-cü ilin nəticələrinə görə 1.5 milyon ton neft hasil edilmişdi. 3 hasilat quyusu inşa edilib ki,onlarda 2015-ci ildə istismara veriləcək”.- deyə o qeyd edib.
“Xəzər dənizinin Rusiya sektorunun ən böyük yatağı olan Filanovski aktiv inkişaf mərhələsindədir.2015-ci ilin sonunda neftin hasilatına başlanılacaq”, – deyə Jilkin bildirib.
Qubernator qeyd edib ki,il ərzində Lukoil şirkətinin sərmayələri 47 milyard rubl təşkil edib. Növbəti ildə isə sərmayələr 65 milyard rubl həcmində gözlənilir.
Yuri Korçaqin yatağı Xəzər dənizinin şimal hissəsində, Mahaçqaladan 240 km, Həştərxandan isə 180 km aralıda yerləşir.Sahədə dənizin dərinliyi – 11-13 metrdir.Yatağ 2000-ci ildə aşkar edilib və ehtiyatları 3P kateqoriyasına görə 500 milyon barel neft ekvivalenti təşkil edir.