RİA Novosti Associated Press agentliyinə istinadən xəbər verir ki,Əlcazairin energetika naziri Yosef Yusfi OPEK üzvlərinə çağırış edərək neftin qiymətini qaldırmaq üçün hasilatı azaltmağa çağırıb.
“Bizim fikrimizcə,OPEK bazarda yaranmış disbalansı düzəltmək və qiymətləri qaldırmaq üçün hasilatı azaltmalıdır” – deyə agentlik nazirin sözünü sitat kimi gətirib.
Bildirilir ki,Əlcazair neft qiymətlərinin aşağı düşməsindən çətinlik yaşayır. Çünki ölkənin dövlət büdcəsinin gəlirlərinin 60%, valyuta daxilolmalarının isə 97% neft satışından əldə edilən gəlirlər hesabına formalaşır.
Dünya bazarında neftin qiyməti bu ilin yayından düşür. Ekspertlər bunu bazarda neft bolluğu ilə əlaqələndirillər.