“KazMunayGaz” ASC sədri Sauat Mınbayev bildirib ki,şirkətin büdcəsinə neft qiymətlərinin düşməsi ilə əlaqədar olaraq düzəlişlər ediləcək.
“Biz büdcəni bir barel üçün $80 qiyməti əsasında müəyyən etmişik.Ancaq indi biz aşağı qiymət səviyyəsini nəzərə alaraq düzəlişlər edirik. Bu bir barel üçün $50 ola bilər”, – deyə Mınbayev bildirib.
Eyni zamanda o bildirib ki,şirkət hasilatın azalmasını gözləmir.
2014-cü ildə “KazMunayGaz” şirkətinin əsas aktivləri üzrə (“Ozenmunaygaz” və “Embamunaygaz”) 8.1 milyon ton neft və ya gündə 165 min barel neft hasilatı planlaşdırılır. Gözlənilir ki,”Kazqermunay”,”CCEL” və “PetroKazakstanİnk” birgə müəssəsləri 2014-cü ildə qəbul edilmiş hasilat planlarını yerinə yetirəcək və KMG-ın payı hasilatda 4.09 milyon ton və ya gündə 84 min barel neft təşkil edəcək.