Fransız mühəndislər elektrik enerjisi yaradan süni ağac yaradıblar. Cihaz sakit fəaliyyət göstərir və hətta aşağı hava hərəkətində enerji istehsal edir.
Enerji havadan götrülür və vata çevrilir –deyə “Wind Tree” layihəsinin müəllifi Jerom Mişo-Lariver bildirib. Onun şirkəti 2015-ci ildə ekoloji təmiz elektrik stansiyaların satışına başlamaq niyyətindədir.
“Daily Mail” qəzeti yazır ki,cihaz hörülmüş formada olan plastinlərdən istifadə edir ki,onlarda öz növbəsində külək enerjisini hava axını istiqamətindən asılı olmayaraq elektrikə çevrir.“Ağacın daha bir üstünlüyü onun işinin səssiz olmasıdır”.
Elektrik enerjisi istehsal edən “ağac” Fransanın şimal-qərbində Plümer-Bodu komunnasında quraşdırılıb.
Bir “Wind Tree” qurğusunun dəyəri 30 min avrodur. Mişo-Lariver ümid edir ki,”ağac” küçə fənərlərinin və elektrik nəqliyyat vasitələri batereyalarının doldurulması üçün istifadə ediləcək.