Bu il Azərbaycan 1000 kub metr qazı orta hesabla $167,91-dan satıb
2014-cü ilin yanvar-noyabrında Azərbaycan 7 milyard 724 milyon 533 min kub metr qaz ixrac edib ki,bu da keçən ilin analoji dövründən 20% çoxdur.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, hesabat dövründə deklarasiya edilmiş qaz ixracı $ 257 milyon 63,68 min dəyərində 1 milyard 530 milyon 877,86 min kub metr təşkil edib.
Bu məlumatlardan nəticə çıxarmaq olar ki, Azərbaycan 11 ayın nəticələrinə görə, 1000 kub metr qazı orta hesabla $167,91-dan ixrac edib.