Azərbaycanda iri neft-qaz layihələrinin iştirakçısı olan Britaniyanın BP şirkəti 2015-ci ildə iş yerlərinin məcburi ixtisarı ilə əlaqədar bir milyard dollar vəsait sərf edəcək.
Bu barədə Reuters agentliyi BP-nin icraçı direktoru Bob Dadliyə istinadən xəbər verir.
Onun sözlərinə görə, ixtisarlar BP-nin ABŞ, Azərbaycan və Almaniya nümayəndəliklərində aparılacaq.
Dadli ixtisarların özüllərdə çalışan əməkdaşlara şamil edilməsi ehtimalının az olduğunu bildirib.
Qeyd edək ki, BP Azərbaycanda “Azəri-Çıraq-Günəşli”, “Şah-dəniz” layihələrində hasilatla, “Şəfəq-Asiman” strukturunda kəşfiyyatla məşğul olur. Bundan əlavə şirkət Cənub Qafqaz Boru qaz kəmərinin, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft kəmlərlərinin operatorudur.
Hazırda şirkətin 2900 nəfərdən çox Azərbaycan vətəndaşı olan işçisi var.