SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2014-cü ilin yanvar-noyabr aylarında Novorossiysk limanından Bakı-Novorossiysk neft kəməri ilə ixrac edilmiş 932,155 min ton neft yola salıb, bu isə ötən ilin analoji dövrünün göstəricisindən 41,1% azdır.
SOCAR-ın məlumatına görə, 2014-cü ilin noyabr ayında SOCAR Novorossiysk limanından 84,802 min ton Azərbaycan nefti yola salıb.
Xəbər verildiyi kimi, SOCAR 2014-cü ildə Bakı-Novorossiysk boru kəməri ilə hər ay 85 min ton neft nəql etməyi planlaşdırır (il ərzində 1 mln. 20 min ton).
Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir.