logo

“Cənub Axını” daha olmayacaq – Vladimir Putin belə qərar verib

Views: 80

турцияRusiya Bolqarıstanın mövqeyi üzündən “Cənub Axını” layihəsinin inşasını dayandırır.Bazar ertəsi Vladimir Putin mətbuat konfransında bildirib ki,”Avropa Birliyinin mövqeyi layihənin həyata keçrilməsinə kömək etmir.Biz hələ də Bolqarıstandan icazə ala bilməmişik. Biz hesab edirik ki,Rusiya bu şərtlər altında layihəni həyata keçirə bilməz”.

Son 3 il ərzində “Qazprom” “Cənub Axını” layihəsinin həyata keçrilməsinə $4,66 vəsait xərcləyib.Həmçinin,cari ildə sərmayələr ilkin plan ilə müqayisədə 80% artraraq 135 milyard rubl təşkil edib.

“Rusiya öz enerji resurslarını digər bazarlara yönəldəcək və Avropa onları almayacaq”.-deyə Putin bildirib. Onun sözlərinə görə Avropa Komissiyasının “Cənub Axını” layihəsi ilə bağlı mövqeyi konstruktiv deyil və Avropanın  iqtisadi maraqlarına cavab vermir.

O izah edib ki,”Rusiya öz enerji resurslarını LNG layihələrinin həyata keçrilməsi ilə digər bazarlara yönəldəcək”.

Putin hesab edir ki,”Cənub Axını” layihəsinə icazə verməyən Bolqarıstan Avropa Komissiyasından ziyanın ödənilməsini tələb etməlidir. Onun hesablamalarına görə,”Bolqarıstan büdcəsinin birbaşa gəlirləri tranzitdən ildə 400 milyon avro təşkil edə bilərdi”.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart