Gələn il Rusiya Qazaxıstan vasitəsilə Çinə neft tranzitini artırmaq niyyətindədir.Bu barədə “KazTransOil” şirkətinin idarə heyətinin sədri Kairqeldi Kabıldin bildirib.
“Əgər bu il tranzit 7 milyon ton olacaqsa,gələn il 10 milyon tona qədər artacaq. Müvafiq fərman artıq Rusiya və Qazaxıstan arasında imzalanıb”, – deyə o bildirib.
Rusiyadan neft tranziti gücü 20 milyon tona qədər artırılmış “Qazaxıstan-Çin” neft kəməri vasitəsilə həyata keçrilir.
Kabıldinin sözlərinə görə,Rusiya əlavə 5 milyon ton nefti Çinə “Şərqi Sibir-Sakit Okean” boru kəməri ilə nəql etmək niyyətindədir.
Boru kəmərinin ümumi uzunluğu 4740 km, nəqletmə gücü isə ildə 15 milyon tondur.