2014-cü ilin yanvar-noyabr aylarında SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) 7 mln. 697 min ton neft hasil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 0,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Cari ilin noyabr ayında SOCAR üzrə neft hasilatı 683,3 min ton təşkil edib.
Daha əvvəl SOCAR-ın hasilat və nəql üzrə vitse-prezidenti Rəhman Qurbanova istinadən bildirilib ki, 2014-cü ildə şirkət 8,4 mln. ton neft hasil etməyi planlaşdırır.