2014-cü ilin yanvar-oktyabrında Rusiyanın neft ixracı dəyər baxımından keçən ilin analoji dövrü ilə müqayisədə 5.8% azalaraq $134,627 milyard təşkil edib. Bu barədə Federal Gömrük Xidməti məlumat verib.
Hesabat dövründə ixracatın fiziki həcmi 4.3% azalaraq 186,972 milyon ton təşkil edib.
Neft ixracının əsas həcmi uzaq xarici ölkələrin payına düşüb. – tədarükün həcmi 134.627 milyon ton,dəyəri isə $127,236 milyard olub. MDB ölkələrinə isə neft tədarükündən $7,391 milyard gəlir əldə edilib.Tədarükün həcmi isə 19.743 milyon ton olub.