Azərbaycan Dövlət neft Şirkətinin (SOCAR) geoloqlarının hesablamalarına görə, ”Neft Daşları” yatağından çıxarıla bilən neftin həcmi 22 milyon ton təşkil edir.
SOCAR-ın məlumatına görə, Xəzərin ilk yatağının geoloji ehtiyatları 384 milyon ton təşkil edir. Çıxarıla bilən neft ehtiyatlarının həcmi isə 193 milyon tondur.
Bu günə kimi yataqdan 171 milyon ton neft və 13.3 milyard kub metr səmt qazı hasil edilib.
“Bu qədər xammalı hasil etmək üçün laylara 201 milyon ton su vurulub”, –deyə SOCAR-da izah ediblər.
Hazırda “Neft Daşları” yatağında hər il 900 min ton cəvarında neft hasil edilir. Bu göstəricini nəzərə alsaq, Xəzər dənizinin ilk yatağında neft hələ 25 il hasil ediləcək. Yəni 2040-cı ilə kimi.
*“Neft Daşları” yatağı Bakıdan 100 km şərqdə yerləşir və 1949-cu ilin 7 noyabrında kəşf edilib. İlk quyunun debiti 1000 tondan artıq olub. Dəniz nefti ilə yüklənmiş ilk tanker sahilə 1951-ci ilin dekabrında göndərilib. Yatağın istismarı estekadanın inşası vasitəsilə həyata keçrilir. İndiyə qədər yataqda 301 km estekada inşa edilib.