SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2014-cü ilin yanvar-oktyabr aylarında Novorossiysk limanından Bakı-Novorossiysk neft kəməri ilə ixrac edilmiş 847,352 min ton neft yola salıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
2013-cü ilin analoji dövrünün göstəricisi ilə müqayisədə nəqlin həcmi 43,4% azalıb.
2014-cü ilin oktyabr ayında SOCAR Novorossiysk limanından 84,769 min ton Azərbaycan nefti yola salıb.
Xəbər verildiyi kimi, SOCAR 2014-cü ildə Bakı-Novorossiysk boru kəməri ilə hər ay 85 min ton neft nəql etməyi planlaşdırır (il ərzində 1 mln. 20 min ton).