Qazaxıstanda neft hasilatının səviyyəsi 100 milyon tondan çox olacaq. Bu barədə Qazaxıstanın energetika naziri Vladimir Skolnik Energetika Xartiyası konfransının 25-ci iclasında bildirib.
“Bizim proqnozlara görə, 2020-ci sonra Qazaxıstanda neft hasilatı ildə 100 milyon ton və ya gündə 2 milyon barel olacaq”.-deyə o məlumat verib.
O dəqiqləşdirib ki, son 20 il ərzində Qazaxıstanda neft hasilatı 3 dəfədən çox artıb və gündə 1.6 milyon barel təşkil edir. Qaz hasilatı 5 dəfədən çox artıb. Bu gün ölkədə 40 milyard kub metr qaz hasil edilir.