logo

Rusiya Qazaxıstan vasitəsilə Çinə bir ton neft nəqli üçün $9,8 ödəyəcək

Views: 41

uzun

“KazTransOil” şirkətinin mətbuat xidməti məlumat verib ki,Qazaxıstan öz ərazisi ilə Çinə Rusiya neftinin  nəqli  dəyərini təsdiq edib.

2015-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək tarif Qazaxıstan və Rusiya hökumətləri arasında 24 dekabr 2013-cü ilə aid razılaşmaya əsasən müəyyənləşdirilib.

Məlumatda bildirilir ki,”Rusiya sərhədi – Qazaxıstan sərhədi (Priirtışısk) – Atasu (Qazaxıstan) – Alaşankou (Çin) marşrutu üzrə bir ton neftin nəqli ƏDV nəzərə alınmadan 9.8 ABŞ dolları məbləğinə müəyən edilib”.

Priirtışısk sahəsindən Atasuya qədər neft nəqli bir ton üçün 2.63 dollar təşkil edəcək. Atasudan Alaşankou sahəsində isə neft nəqlinin dəyəri bir ton üçün 7.17 ABŞ dolları olacaq.

“KazTransOil” – Qazaxıstanın əsas neft kəmərlərinin milli operatorudur.Şirkət uzunluğu 5000 km-dən çox neft kəmərlərini və 1000 km-dən çox su kəmərlərini idarə edir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart