Qazaxıstanın energetika nazirinin müavini Baxıtjan Jaksaliyev “Energetikada innovasiya – Qazaxıstan-2050” konfransında elan edib ki,2016-2030-cu illərdə Qazaxıstanın energetika sənayesinə $44 milyard sərmayə cəlb ediləcək.
“Planların həyata keçrilməsini üçün bir sıra məqsədlərə nail olunması nəzərdə tutulur : 2030-cu ilə kimi Qazaxıstanda elektrik avadanlığının köhnəlməsinin orta səviyyəsini əhəmiyyətli surətdə azaltmaq,2016-2030-cu illərdə elektrik enerjisi sektoruna 8.2 milyard tenqe sərmayənin cəlb edilməsi və 2030-cu ilə kimi yekun istehlakçılar üçün tariflərin təmkinli artımını təmin etməkdir” – deyə o bildirib.
Onun sözlərinə görə, “5 min MW elektrik güclərinin modernləşdirilib və 1700 MVt əlavə güc isə istismara verilib”.