logo

Norveç şelfində indiyə qədər aşkar etdilmiş 5 ən iri yataqdan biri

Views: 51

Sverdrup-LoIStatoil şirkətinin press-relizində bildirilir ki, “Johan Sverdrup” şimal yatağının istsimarından 50 il ərzində 1,35 trilyon kron ($200 milyard) həcmində gəlir gələ bilər. Yataq Statoil şirkətinin ən gəlirli layihələrindən biri ola bilər.

Statoil-də qeyd ediblər ki, bu müddət ərzində təkcə gəlir vergisindən Norveç büdcəsinə 670 milyard kron vəsait daxil olacaq. Layihənin ümumi inkişafına 170-220 milyard kron sərmayə ($25-33 milyard) yatırılacaq.

Birinci mərhələdə “Johan Sverdrup” yatağında hasilat gündə 380 min barel neft ekvivalenti təşkil edəcək. Yataqda hasilatın pik səviyyəsi 650 min barel təşkil edəcək. Yataqda hasilata 2019-cu ildə başlana bilər. Hazırda Statoil yatağın ətraf mühitə təsirini qiymətləndirir.

“Johan Sverdup” yatağı 2010-2011-ci illərdə aparılan kəşfiyyat zamanı aşkarlanıb. Yatağın ehtiyatı 1.8-2.9 milyard barel neft ekvivalenti həcmində qiymətləndirilir. “Johan Sverdup” Norveç şelfində aşkar edilmiş 5 ən böyük yataqdan biridir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart