Lukoil şirkətinin prezidenti Vahid Ələkbərov jurnalistlərə bildirib ki, şirkət 2015-ci ilin büdcəsini pessimist ssenariya əsaslanaraq neftin bir barelinin qiymətini $70-dan hesablayıb.
Lukoil prezidenti izah edib ki, şirkətin büdcəsi iki variantda tərtib edilib və optimist ssenatiyə görə neftin bir barelinin orta qiyməti 2015-ci ildə $80 olacaq.
“Biz ümid edirik ki, $80 ssenarisində şirkətin 1 milyard dollar məbləğində sərbəst pul vəsaiti olacaq.- deyə Ələkbərov qeyd edib.
Optimallaşdırma çərçivəsində şirkət neft hasilatına təsir etməyən infrastruktur layihələrinə sərmayəni azaltmağı,xaricdə geoloji kəşfiyyatı məhdudlaşdırmağı və Qərbi Sibirdə qazmanı azaltmağı planlaşdırır. Ümimilikdə Lukoil şirkətinin 2015-ci ildə sərmayələri $2 milyard azalaraq $14 milyard təşkil edəcək. Bununla belə şirkət 2015-ci ildə Rusiyada 85 milyon ton,xaricdə isə 17 milyon ton neft hasil etməyi planlaşdırır.
Bundan əlavə Lukoil 2015-ci ildə İraqda Qərbi Kurna-2 yatağında işlər üçün $5 milyard həcmində kompensasiya almağı planlaşdırır.
Şirkətin direktorlar şurası Chevron şirkəti ilə birlikdə Nigeriyada blokların işlənməsi barədə qərarı təsdiqləyib. Gələcəkdə isə şirkət Meksikada fəaliyyətə başlaya bilər.