İranın sənaye nazirinin müavini Mehdi Karbasiyan İSNA agentliyinə müsahibəsində bildirib ki,yaxın aylarda İranda Rusiya mütəxəssilərinin iştriakı ilə geoloji kəşfiyyat işləri başlayacaq.
Onun sözlərinə görə, müvafiq işlər Yəzd vilayətinin cənubunda və Kerman vilayətinin şimalında 7 min kv. km ərazidə aparılacaq.
Karabisyan həmçinin bildirib ki, geoloji kəşfiyyat sahəhisində əməkdaşlığa dair danışıqlar Qazaxıstan tərəf ilə də aparılır. Hazırda bu məsələ ilə bağlı ilkin fikir mübadiləsi aparılıb və bu məsələnin ümumi həllinə dair qərar İran prezidentinin Qazaxıstana rəsmi səfəri zamanı qəbul ediləcək.