“Darvin bankası” yatağındakı 670 nömrəli meydançadan 770 nömrəli quyuda qazma işlərinə başlanılıb.
“Abşeronneft” NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1540 metrdir.
SOCAR-ın mətbuat xidmətinin verdiyi məlumata görə, geoloqların hesablamalarına əsasən, quyudan sutkada 5 ton neft hasil olunacağı nəzərdə tutulur.