logo

Dadli: BP sanksiyalar səbəbindən Rusiyanı tərk etməyəcək

Views: 72

bp-ros

Bu barədə BP prezidenti R.Dadli Abu Dabidə Beynəlxalq Neft sərgisi və konfransının (ADIPEC) kluarlarında bildirib. Ancaq o dəqiqləşdirməyib, Rosneftdə iştirak  paynı nəzərdə tutur,yoxsa birgə layihələri.

Məlumdur ki, Rosneft şirkətinin TNK-BP-ni almasından sonra Rosneft şirkətində BP-nin 19.75% payı var.

Dadli BP-nin ABŞ ilə birtərəfli əməkdaşlığına cavab olaraq Rusiya ilə əməkdaşlığın möhkəmləndirilməsi prosesini başlatmışdı.

            Dadlinin BP-yə prezident təyin olunması Meksika körfəzindəki fəlakətdən sonra BP-nin nüfüz problemlərini azaltmış və şirkətə olan inamı bərpa etmişdi.

Abu Dabidə çıxışı zamanı Dadli neft qiymətlərinin düşməsinə münasibət bildirib.

BP-nin layihələri bir barel neft üçün 80 dollardan hesablanıb. Qiymətlərin aşağı düşməsi  dünya iqtisadiyyatı üçün elədə pis deyil,çünki bu intizam yaradacaq. Sənaye iş yollarını müəyyənləşdirəcək və xərclərə nəzarət edəcək – deyə Dadli qeyd edib.

O bildirib ki, neft qiymətlərinin dəyişməsini proqnozlaşdırmaq mümkün deyil.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart