logo

BTC kəməri ilə cari ilin 10 ayında azərbaycan neftinin nəqli 2.5% azalıb

Views: 52

BTC-111

2014-cü ilin yanvar-oktyabrında BTC kəmərilə 24 milyon 325 min 558 ton neft ötürülüb ki,bu da 2013-cü ilin analoji göstəricisindən 2.5% azdır.

SOCAR-ın mətbuat xidmətinin məlumatına görə, 2014-cü ilin oktyabrında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə 2 milyon 481 min 366 ton neft nəql edilib. Kəmər istifadəyə verilən gündən 2014-cü il noyabrın 1-dək BTC ilə  259 milyon 467 min 151 ton neft nəql edilib.

Bundan başqa, oktyabrda BTC kəməri ilə 353 min 558 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.

2014-cü ilin oktyabrında Ceyhan limanından 2 milyon 495 min 968 ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb. Cari ilin yanvar-oktyabrında isə Ceyhan limanından ixrac olunmuş neftin həcmi 24 milyon 594 min 844 ton təşkil edib. Ümumiyyətlə,BTC istismara verilən gündən 2014-cü il noyabrın 1-dək Ceyhan limanından 257 milyon 738 min 758 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Boru kəmərinin uzunluğu 1768 km-dir ki,onunda 443 km Azərbaycan,249 km Gürcüstan,1079 km Türkiyə ərazisindədir. Boru kəmərinin gücü ildə neft 50 milyon ton çoxdur.

BTC Boru Kəməri Şirkətinin səhmdarları aşağıdakılardır: BP (30,1%); ARDNŞ (25.00%); Chevron (8,90%); Statoil (8,71%); TPAO (6,53%); ENI (5.00%); Itochu (3,40%); ConocoPhillips (2,50%); INPEX (2,50%), Total (5.00%) və ONGC (2,36%).

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart