logo

Brüssel 2015-ci il martın 23-nə qədər SOCAR-ın DESFA-nı almasına dair qərar qəbul etməlidir.

Views: 49

socar+desfaSOCAR (Azərbaycan Dövlət Neft Şirkət) Avropa Komissiyasının SOCAR tərəfindən Yunanıstanın DESFA qazpaylayıcı şirkətinin səhmlərinin alınmasına dair təklifi dərindən öyrənməyə başlamasını normal hesab edir. Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev bəyan edib.

“SOCAR Avropa Komissiyasının Yunanıstanın DESFA şirkətinin alınması ilə bağlı məsələləri dərindən öyrənməsinə normal yanaşır. Bu, antiinhisar qanunvericiliyi sövdələşməsinə əməl edilməsinin təhlili çərçicvəsində həyata keçirilir”, – deyə R.Abdullayev cümə günü jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hazırda SOCAR bir sıra digər layihələri də gözdən keçirir və bu layihələrin gerçəkləşdirilməsi üçün şirkət investisiya qoyuluşları həyata keçirə bilər.

Xəbər verildiyi kimi, Avropa Komissiyası Yunanıstanın DESFA qaz nəqli sistemi operatorunun səhmlərinin SOCAR tərəfindən alınmasının Avropa İttifaqının reqlamentinə uyğunluğunu qiymətləndirmək üçün araşdırmalara başlayıb”, – deyə məlumatda bildirilir.

“Komissiya ehtiyat edir ki, bu sövdələşmə təbii qazın Yunanıstana tədarükü üzrə topdan satış bazarında rəqabəti azalda bilər, çünki birləşmiş şirkət SOCAR-ın rəqiblərinə Yunanıstanın qaz nəqli şəbəkəsinə daxil olmağa mane ola bilər. Komissiya çalışır ki, DESFA-nın satılması rəqabətə ziyan vurmasın və Yunanıstanda qaz istehlakçılarına qaz daha da yüksək qiymətə satılmasın”, – deyə Avropa Komissiyasının məlumatında qeyd edilir.

Avropa Komissiyası 90 iş günü müddətində, 2015-ci il martın 23-nə qədər qərar qəbul etməlidir.

Xəbər verildiyi kimi, 2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib.

2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb.

SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni “Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.

DEPA və DESFA-nın satışı bu ölkənin özəlləşdirmə proqramının əsas bəndlərindən biri hesab olunur. Yunanıstan onların satışından 1,5 mlrd. avro əldə etməyi nəzərdə tuturdu.

 

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart