Beynəlxalq Enerji Agentliyi elan edib ki, “Neft bazarlarının tarixində yeni dövr başlayır”. Agentliyin analitikləri əmindir ki, bir barel neft üçün $100 səviyyəsinə qayıtmasını yaxın illərdə gözləmək lazım deyil.
Caspian Barrel-in RBC-ya istinadən məlumatına əsasən, 14 noyabrda son dörd il ərzində ilk dəfə Brent markalı xam neftin bir barrel neftinin qiyməti $77 altına düşdü. Sonuncu dəfə neft belə ucuz qiymət 2010-cu il 23 sentyabr qeydə alınməşdı. BEA-nin cümə günü ictimaiyyət üçün elan edilmiş hesabatında bildirilir ki,”İqtisadi artım artıq tələbi stimullaşadırmır”. Onların proqnozuna görə, 2015-ci ilin birinci rübündə qlobal tələb 1% azalacaq və dünyada gündəlik neft hasilatı 92.6 milyon barel təşkil edəcək.
BEA dünya enerji bazarında baş verən dəyişiliklərdən yazıb: Çin neftin az istehlakı mərhələsinə qədəm qoyur, ABŞ şist neftin hasilatını təkmilləşdirir. Əgər agentliyin proqnozları özünü doğrultsa, yaxın perspektivdə neftin qiyməti $100-dan çox olmayacaq.
Amma daha bir dramatik ssenari var: Brent markalı neftin qiyməti üçün proqnozu “JP Morgan” analitikləri daha da azaldıb. Bank gələn il üçün neftin qiymətini $115-dan $82-a qədər, 2016-cı il üçün isə $87,8-a qədər azaldıb. Bankın analitikləri hesab edirlər ki, OPEK-in növbəti iclasında (noyabrın 27-də keçiriləcək) iştirakçı ölkələr hasilatın məhdudlaşdırılması barədə çox güman ki, razılığa gələ bilməyəcəklər. Bu vəziyyətdə Brent neftinin qiyməti bir barel üçün dekabrda $70-a, 2015-ci ilin yanvarında isə $65 dollara düşə bilər. Çünki bazara çıxarılan neft həcmləri tələbi daha da üstələmiş olacaq.
Qeyd edək ki, ABŞ energetika nazirliyinin enerji informasiya İdarəsinin (EİA) proqnozlarına əsasən, 2015-ci ildə Brent markalı neftin bir barelinin orta qiyməti $83,42 gözlənilir.