logo

BANM tələbələri ACG Rəhbər Komitəsinin rəhbərliyi ilə görüş keçiriblər

Views: 65

banm

SOCAR prezidentinin müşaviri, “Azəri-Çıraq-Günəşli” layihəsinin Rəhbər Komitəsinin Texniki alt qurumunun sədri, “AzAÇG” şirkətinin baş icraçı direktoru Yaşar Lətifov və Şirkətin beynəlxalq layihələrdə təmsil olunan mütəxəssisləri Bakı Ali Neft Məktəbində olmuş, tələbələrlə görüş keçirmişlər.

SOCAR-ın son illər əldə etdiyi nailiyyətlərdən bəhs edən BANM-in rektoru Elmar Qasımov Şirkətin Azərbaycanda və xaricdə həyata keçirdiyi irimiqyaslı layihələrdən söz açmış, tələbələrin Azərbaycanın enerji sektorunun inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə etmişdir.

SOCAR prezidentinin müşaviri Yaşar Lətifov “AÇG” layihəsinə dair videogörüntülü təqdimatla çıxış etmişdir. Təqdimatda “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənilməsini nəzərdə tutan “Əsrin müqaviləsi” layihəsinin Azərbaycanın ictimai-siyasi həyatında oynadığı mühüm rol qeyd olunmuş, ölkəmizin ixrac-nəql marşrutları, həmin marşrutların Azərbaycana qazandırdığı dividendlər, eləcə də neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində görülən işlər barədə tələbələrə ətraflı məlumat verilmişdir.

SOCAR-ın tədbirdə çıxış edən mütəxəssisləri “AÇG” layihəsindən, bu layihənin əhəmiyyətindən geniş söz açmış, tələbələrin çoxsaylı suallarını cavablandırmışlar.

Tədbirin sonunda SOCAR prezidentinin müşaviri Yaşar Lətifova BANM-in “Fəxri qonaq” diplomu təqdim olunmuşdur.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart