logo

Azərbaycan neftinin qiymətləri: 10-14 noyabr

Views: 31

azoilÖtən həftə – 10-14 noyabr tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 81,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 3,08 dollar/barel azdır.

Trend-in məlumatına görə, ötən həftə AZERI LT-nin qiyməti maksimum 84,53, minimum isə 79,14 dollar/barel təşkil edib.

10-14 noyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 78,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 2,84 dollar/barel azdır.

Ötən həftə URALS-ın qiyməti maksimum 82,56, minimum isə 75,11 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

10-14 noyabr dövründə “Brent Dated” növünün orta qiyməti 79,15 dollar/barel təşkil edib ki, bu da ötən həftənin qiymətindən 3,94 dollar/barel azdır.

Ötən həftə “Brent”in maksimum qiyməti 80,58 dollar, minimum isə 76,75 dollar/barel təşkil edib.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart