logo

Azərbaycan neftinin orta ixrac qiyməti 10 ayda $108,64 təşkil edib

Views: 54

chto-delatAzərbaycan 2014-cü ilin yanvar-oktyabr aylarında 28 mln. 225 min 333,7 ton neft ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Sayğacların göstəricilərinə əsasən, yanvar-oktyabr aylarında Bakı-Tiflis-Ceyhan neft kəməri ilə 23 mln. 57 min 492,4 ton, Bakı-Supsa neft kəməri ilə 3 mln. 563 min 963,8 ton, Bakı-Novorossiysk neft kəməri ilə 848,519 min ton neft ixrac olunub. Dəmir yolları ilə Gürcüstan limanlarına 755 min 358,5 ton neft daşınıb.

Komitənin məlumatına görə, hesabat dövründə ixrac edilmiş $16 mlrd. 295 mln. məbləğində neftin bəyan edilmiş həcmi 20 mln. 268 min 46,1 ton təşkil edib.

Caspian Barrel Dövlət Gömrük Komitəsinin bu məlumatına istinadən hesablama apararaq müəyyən edib ki, cari ilin ilk on ayında Azərbaycan neftinin orta ixrac qiyməti hər ton üçün $803,97 və ya hər barel üçün $108,64 təşkil edib.

2014-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan $1 mlrd. 183 mln. 814,13 min məbləğində 1 mln. 737 min 988,67 ton neft məhsulu ixrac olunub.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart