logo

Amerika alternativ enerjidə inqilab edir: külək enerjisinin maya dəyəri $0,014 düşüb

Views: 85

wind

ABŞ-da enerji sektorunda mühüm bir irələyişə nail olunub : günəş və külək enerjisinin qiyməti kömür və qaz yandırılması ilə ənənəvi şəkildə alınan enerjinin kilovatı qiyməti ilə bərabərləşib.

Caspian Barrel “New York Times” qəzetinə istinadən xəbər verir ki, günəş və külək enerjisində ucuzlaşma prosesi 5 il bundan qabaq başlayıb və cari ildə bu proses sürətlənib.

ABŞ-da belə uğurlar dövlətin səxavətli subsidiyaları sayəsində əldə edilib. Ancaq təhlillər onu göstərir ki,alternativ enerji mənbələri hətta dövlətin dəstəyi olmadan belə ənənəvi enerji mənbələri ilə rəqabət apara bilər.

Artıq bu il energetiklər günəş və külək enerjisinin qazdan ucuz olduğu bölgələrdə enerji təchizatı barədə müqavilələr imzalayıblar. Bu prosess daha çox Böyük düzənlik və ABŞ-ın cənub-qərbində baş verir.

Məsələn,ötən payızda Texasda Austin Energy şirkəti kilovat-saatı 5 sent ucuz olan günəş elektrik stansiyası ilə elektrik təchizatı barədə 20 illik müqavilə imzalayıb. Sentyabrda Oklahoma hakimiyyəti inşası gələn il başa çatacaq külək fermasından enerji almaq barədə razılığa gəliblər. Energetiklərin hesablamalarına görə,bu istehlakçılara $50 milyon qənaət etməyə imkan verəcək.

wind-usaLazard konsaltinq şirkətinin hesablamalrına əsasən,ABŞ-da bu gün günəş enerjisinin qiyməti kilovat-saat başına 5.6 sentə, küləkdə – 1.4 sentə düşüb. Halbuki,təbii qaz yandırılmasından alınan enerjinin qiyməti 6.1 sent,kömürdə isə 6.6 sent təşkil edir.

Analitiklərin hesablamalarına görə,subsiyidalar olamadan günəş enerjisinin qiyməti 7.2 sent,külək enerjisinin qiyməti isə 3.7 sentə başa gələcək.

Ancaq ekspertlər əmindilər ki,alternativ mənbələrin aşağı qiyməti yaxın gələcəkdə kömürün yandırılmasından imtina etməyə imkan verməyəcək.

ABŞ-da günəş enerjisinin istehsalı üzrə rekordsmen Kaliforniya ştatıdır. Hələ martda ştatda günəş enerjisi istehsalı keçən illə müqayisədə iki dəfə artıraraq  4 gigavat güc təşkil edib.

Baxmayaraq ki,günəş enerjisi istehsalı təmiz ekoloji prosess hesab olunsada günəş panelləri istehsalı böyük miqdarda enerji istehlakı və atmosferin çirklənməsi ilə bağlıdır.Bu gün günəş bateriyaları istehsalı bazarında Çin şirkətləri mühüm rol oynayır.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart